“Səbail” 50-ni arxada qoydu

16:41 26 Avqust 2019

“Səbail” Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, bu, II turun “Sumqayıt”la səfər matçına təsadüf edib. Bakılıların 3:0 hesabı ilə qalib gəldiyi oyunun 51-ci dəqiqəsində ikinci qola imza atan Şəhriyar Rəhimov paytaxt təmsilçisinin yubiley qolunu vurub.

 

Bu görüşədək Premyer Liqada 57 oyun keçirən “Səbail” 48 dəfə rəqib qapılarına yol tapmışdı. 2017/18 mövsümündə yüksək dəstədə debüt edən komanda ilk cəhdində 19, ötən çempionatda texniki qələbələri saymasaq, 28 dəfə fərqlənib. Cari mövsümün ilk turunda 1 qola sevinən “Səbail” bu rəqəmi 48-ə çatdırıb.

 

58-ci oyununda qol sayını 51-ə yüksəldən Bakı klubunun orta məhsuldarlığı 0,88-dir. Bu qollardan 19-u ev, 32-si səfər matçlarına təsadüf edib.

 

Paytaxt təmsilçisinin ilk qolunun müəllifi Vüqar Nadirovdur. O, 2017-ci il avqustun 13-də “Zirə”ylə səfər matçının (1:2) 43-cü dəqiqəsində fərqlənib.


Digər xəbərlər

Xəbər xətti