Ümit Karan istefa verdi

19:59 26 Avqust 2019

Şimali Makedoniyanın "Şkupi” klubunun baş məşqçisi Ümit Karan istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə mütəxəssis özü "Instagram" səhifəsində məlumat yayıb. 

 

Qeyd edək ki, "Qalatasaray"ın və Türkiyə millisinin sabiq üzvü "Şkupi”ni 2018/19 mövsmündən çalışdırırdı. Onu rəhbərliyi altında komanda Avroliqaya vəsiqə qazanıb. Amma elə birinci mərhələdə Ermənistanın "Pünik” komandasına uduzaraq (3:3, 1:2) mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti