İranda qadınların stadionlarda futbol matçlarını izləmələrinə icazə verilib.
Sportarena.az xəbər verir ki, bu barədə ölkənin İdman və Gənclər nazirinin müavini Cəmşid Tağızadə məlumat verib.Onun sözlərinə görə, qadınların oktyabrın 10-da Tehranın “Azadi” stadionunda İran və Kamboca milli komandaları arasında keçiriləcək oyunu izləmələrinə icazə verilib.İcazənin növbəti oyunlara şamil edilib-edilməyəcəyi sual olaraq qalır.
Qeyd edək ki, İranda qadınların futbol oyunlarına buraxılması qadağandır. Bu səbəbdən FIFA prezidenti Canni İnfantino İran hökumətinə ünvanladığı məktubda qadağanı aradan qaldırmağı tələb edib.