"Səbail”in futbolçusu Yevgeni Koçuk Moldova millisindən dəvət alıb.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi yığmanın "AVRO-2020"nin seçmə mərhələsinin İslandiya və Türkiyə ilə oyunlarına çağırılıb. Moldovalılar ilk oyuna sentyabrın 7-də, ikinci matça isə üç gün sonra çıxacaq.
Qeyd edək ki, Koçukun komandası İslandiya ilə səfərdə, Türkiyə ilə evdə oynayacaq.