Fransanın “Havr” klubu heyətini daha bir türkiyəli futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, 2-ci liqa təmsilçisi Türkiyənin “Bursaspor” klubunun müdafiəçisi Ərtoğrul Ərsoyu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.
Fransa klubu bu transferə görə Bursa təmsilçisinə 750 min avro ödəyib. Ərtoğrul Türkiyə millisinin də üzvüdü.“Havr” bir müddət əvvəl “Bursaspor”dan Umut Meraşla da 4 illik müqavilə imzalamışdı.