Çempionlar Liqasının son iştirakçıları bəlli olur

11:26 28 Avqust 2019

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, cavab oyunları çərçivəsində daha üç qarşılaşma baş tutacaq və qrup mərhələsinə vəsiqə qazanan son komandalar müəyyənləşəcək."Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"la üz-üzə gələcək.Belçikanın “Brügge” klubu evdə Avstriyanın LASK komandası ilə qarşılaşacaq. Çexiya "Slaviya"sı isə Rumıniyanın ÇFR klubunu qəbul edəcək.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. “Brügge” (Belçika) – LASK (Avstriya)

İlk oyun - 1:0

23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)

İlk oyun - 1:0

23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr)

İlk oyun - 0:0


Digər xəbərlər

Xəbər xətti