"Qəbələ"nin futbolçusu Bauk Klesio milli komandaya dəvət alıb.
Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Mozambik yığmasına çağırılıb. Klesio "DÇ-2022"nin seçmə mərhələsinin Mavritaniya ilə oyunlarında iştirak edə biləcək.
Qeyd edək ki, Mozambiklə Mavritaniya arasında oyunlar sentyabrın 4-də və 10-da keçiriləcək.