Azərbaycan millisi Estoniya ilə üz-üzə

11:48 28 Avqust 2019

Macarıstanın paytaxtı Budapeştdə qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan millisi bu gün 4-cü turda autsayder Estoniya ilə qarşılaşacaq. Qrupun digər oyununda Xorvatiya Macarıstanla üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

 

Avropa çempionatı

C qrupu

IV tur

17.30 Azərbaycan - Estoniya


Digər xəbərlər

Xəbər xətti