Çempionlar Liqası oyunundan öncə stadiona tank gətirdilər - FOTO + VİDEO

16:40 28 Avqust 2019

Çempionlar Liqasının pley-off mərhələsində keçirilmiş “Srvena Zvezda” – “Yanq Boyz” matçından öncə xoşagəlməz hadisələr yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Serbiya klubunun azarkeşləri qarşılaşmadan öncə stadiona tank gətiriblər.Tankın üzərində klubun bayrağının fotosu əks olunub və “Şimali ordu” (yerli fanatların fan-qrupu) yazısı diqqət çəkib. 
 

Polis araşdırma apararaq tankın stadion və azarkeşlər üçün heç bir təhlükə yaratmadığını və içində sursat olmadığını açıqlayıb.Lakin UEFA məsələ ilə bağlı araşdırma aparacaq. 

 

 



Digər xəbərlər

Xəbər xətti