PSJ-nin futbolçusu Neymar məşhur İspaniya serialı "La Casa De Papel”ə çəkilib.
Sportarena.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu rəsmi "Twitter" hesabı vasitəsilə bildirib. Braziliyalı oyunçu "Netflix" platformasında nümayiş olunacaq serialın yeni mövsümünün bəzi epizodlarında rol alıb. "Sambaçı"nın iştirak etdiyi səhnələr ilin əvvəlində çəkilib.