Cüdoçularımızın söyüş məsələsinə federasiyadan AÇIQLAMA

11:40 30 Avqust 2019

Azərbaycan Cüdo Federasiyasının feysbuk hesabında Tokioda keçirilən dünya çempionatı ilə bağlı edilən paylaşımın şərh bölməsində qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, cüdoçuları tənqid edən sosial şəbəkə istifadəçiləri təhqirə məruz qalıblar.Belə ki, şərh bölümündə cüdoçular Hidayət Heydərovla Aişə Qurbanlı sosial şəbəkə istifadəçiləri ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı idmançılar feysbuk istifadəçilərini təhqir etməkdən çəkinməyiblər. Bu mənada daha çox Hidayət Heydərov seçilib.

 

Azərbaycan Cüdo Federasiyasının baş katibin müavini Elnur Əşrəfoğlu məsələyə münasibət bildirib: “Bunu yazanlar bizim cüdoçular deyil. Feyk profillərdi. Birinci dəfə deyil ki, belə problemlərlə üzləşirik. Hidayətin adına feysdə 100 dənə profil var, amma onun özünün rəsmi səhifəsi yoxdur. Aişənin də adına həmçinin. Onun özünün rəsmi profili isə tamam başqadı. Çətin deyil ki, adlarını yazsanız feysdə, görəcəksiniz. Bir qrup adam var ki, belə profillərlə yazıb qəsdən aranı qızışdırırlar. İmkan verməyək ki, dırnaqarası dostlarımız belə şeylərdən istifadə etsinlər”.   



Digər xəbərlər

Xəbər xətti