“Onu satmaq fikrimiz yoxdur” - "Qarabağ"ın prezidenti

09:11 30 Avqust 2019

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın prezidenti Tahir Gözəl "Linfild"lə keçirilən oyundan sonra jurnalistlərə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, layiqli şəkildə qələbə qazandıqlarını bildirib:“Bilirsiz ki, Şimali İrlandiyaya getmişdim. Orada “Qarabağ”ın nəhəng klub olması haqqında danışırdılar. Bu məni sevindirirdi. Məğlubiyyətə üzülmüşdüm. Amma komandama inanırdım. Bu gün layiqli şəkildə qələbə qazandıq. Çox yaxşı oynadıq. Millət olaraq bu qələbəyə sevindik. APOEL-ə məğlubiyyətdən çox “Linfild”ə səfərdəki məğlubiyyət məni daha çox üzmüşdü. Məğlubiyyətlər bizi daha da gücləndirdi”. 

 

Klub prezidenti püşkatma üçün “Monako”ya yollanacağını bildirib: “Orada nəhəng klubların rəhbərləri ilə görüşəcəm. Onları Azərbaycanda görmək istəyərəm”. 

 

Gözəl transferlərdən də danışıb: “Avropa Liqasının qrup mərhələsindən gələn qazanc bizə çox kömək edir. Lakin indi transfer haqqında bir söz deməyəcəm. Bu ilə edilən transferlər yaxşı oldu”.

 

O, Abdullah Zubirin Fransanın “Qenqam” klubuna mümkün transferindən də söz açıb: “Onu heç bir kluba satmaq fikrimiz yoxdur”. 

 

Tahir bəy qrup mərhələsində rekord qırmaq fikrində olduqlarını bildirib: “Qrup mərhələsini adlamaq, rekord qırmağa çalışacağıq. Lakin futbolçu gücümüz lazımdır. Yerli futbolçiların az olması məni narahat edir. Bu cür gedişat yaxşı deyil. Yerli futbolumuzu, futbolçularımızı inkişaf etdirmək lazımdır”.


Xəbər xətti