“Qarabağ” üçün “Sevilya”, APOEL və “Düdelanj” - YENİLƏNİB

15:45 30 Avqust 2019

Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayıb.Ölkəmizin Avroliqada yeganə təmsilçisi "Qarabağ" püşkatma zamanı 3-cü səbətdə yer alıb. 48 komanda 12 qrup üzrə bölünüb.

 

Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da rəqiblərini tanıyıb.Ağdam təmsilçisi qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”, APOEL və "Düdelanj"la üz-üzə gələcək.

  

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.


Xəbər xətti