Millimizin rəqibi müəyyənləşdi

12:18 30 Avqust 2019

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 finalındakı rəqibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yığmamız Bolqarıstanla qarşılaşacaq.A qrupunun sonuncu oyununda Finlandiyanı 3:0 hesabı ilə məğlub edən bolqarıstanlılar 9 xalla üçüncü olublar.

 

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


Xəbər xətti