Futbol üzrə Azərbaycan millisinin üzvü Ufuk Budakın yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. "Boluspor"dan ayrılan Ufuk Budak birinci liqa təmsilçisi "Altınordu"ya keçib.Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ufuk Budak Türkiyədə “Samsunspor”, “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.