"Fənərbağça" növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Mevlut Erdinçlə 2 illik müqavilə imzalanıb. 32 yaşlı hücumçu "Fənərbağça"ya azad agent kimi keçib.
Qeyd edək ki, M.Erdinç bu yay "Başakşəhər"dən ayrılıb. O, ötən mövsüm icarə əsasında "Antalyaspor"da oynayıb.