Məşhur idmançı cütlüyün 2-ci oğlu dünyaya gəldi

11:52 31 Avqust 2019

Alman futbolunun əfsanəvi oyunçusu Bastian Şvaynştayger və onun həyat yoldaşı – Serbiya tennisçisi, dünyanın keçmiş bir nömrəli raketka ustası Ana İvanoviç ikinci dəfə valideyn olduqlarını açıqlayıblar.  

 

Sportarena.az xəbər verir ki, cütlüyün oğul övladı dünyaya gəlib.“Bizim ürəklər ailəmizdəki artıma görə sevinclə dolub. Dünyaya xoş gəldin, oğul”, - Şvaynştayger Tvitterdə yazıb.

 

“Biz sevgi və xoşbəxtlikdən coşuruq. Bizim oğlumuzun artıq qardaşı var”, - İvanoviç Tvitterdə qeyd edib.

 

Xatırladaq ki, cütlüyün ilk övladı 2018-ci il martın 19-da anadan olub.



Digər xəbərlər

Xəbər xətti