“Səbail”də növbəti ayrılıq reallaşıb.
Sportarena.az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçısı Daniel Bojinovski ilə yolları ayırıb. Makedoniyalı qapıçı azad agent statusuna yiyələnib.30 yaşlı qapıçı yayda "Rabotniçki"dən "Səbail"ə keçmişdi.