Çempionlar Liqasının 3 finalı bu şəhərlərdə keçiriləcək

13:17 31 Avqust 2019

UEFA qarşıdakı 3 ildə Çempionlar Liqasının hansı şəhərlərdə keçiriləcəyi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Associated Press” agentliyi UEFA-dakı mənbəyə istinadən məlumat yayıb.Bildirilir ki, UEFA ilk dəfə arrdıcıl 3 finalın təşkil olunacağı şəhərlərlə bağlı qərar verməyə hazırlaşır. Mənbə bildirib ki, Avropa futbol qurumu 2021-ci ildəki finalı Rusiyanın Sankt-Peterburq şəhərinə verəcək. Bu final uğrunda Almaniyanın Münhen şəhəri də mübarizə aparırdı. Əvəzində 2022-ci ildəki final Münhenə veriləcək. Bir il sonra baş tutacaq həlledici qarşılaşmaya isə Londonun "Uembli” stadionu ev sahibliyi edəcək.

 

Bununla bağlı qərar sentyabrın 24-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqləyəcək.

 

Qeyd edək ki, 2020-ci ildə Çempionlar Liqasının finalı mayın 30-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti