Əliyar Ağayev Misir Kubokunun yarımfinal oyununa təyinat aldı

15:29 31 Avqust 2019

Azərbaycanlı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, Misir Futbol Federasiyasının dəvətinə əsasən, təyinatlar reallaşıb.Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.

 

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.


Digər xəbərlər

Xəbər xətti