“Qarabağ”dan yeni transfer

18:24 2 Sentyabr 2019

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçi heyətinə qatıb.Məlumatı "Qafqazinfo"ya açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib. Bosniya və Herseqovina millisinin qolkiperi "atlılar"da icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.


Digər xəbərlər

Xəbər xətti