Uels – Azərbaycan matçının hakimləri bəllidir

12:12 3 Sentyabr 2019

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA qarşlaşmanı Maltadan olan briqadaya həvalə edib.Qarşılaşmanı Trustin Farrucia Kann idarə edəcək. Ona Alan Kamilyeri və Luk Portelli kömək edəcək. Matçın 4-cü hakimi funksiyasını Alan Mario Sant yerinə yetirəcək.Finlandiyalı hakim-inspektor Jouni Hyytia hakimlərin işinə qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Kristian Velander (İsveç) olacaq.

 

Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti