21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.Görüşün baş hakimi Deyan Yakimovski olacaq. Ona yan xətt hakimləri Nikola Karakolev və Kuştrim Lika kömək edəcək. 4-cü hakim funksiyasını isə İqor Stoyçevski yerinə yetirəcək.
Sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv ilk matçda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.