“Qəbələ” APOEL-ə rəqib oldu

17:36 3 Sentyabr 2019

UEFA Gənclər Liqasında ilk 2 mərhələnin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ"nin U-19 komandasının rəqibi bəlli olub.“Qırmızı-qaralar” püşkatmada “Saraqosa” (İspaniya), APOEL (Kipr), “Korona” (Polşa), “Şerif” (Moldova), “Şkendiya” (Albaniya), MTK (Macarıstan) və “Jrinski” (Bosniya və Herseqovina) ilə birgə 1-ci səbətdə yer alıb.

 

Komandanın rəqibi isə Kiprin APOEL klubu olub. İlk qarşılaşma Qəbələdə keçiriləcək.

 

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. “Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti