“Neftçi”nin baş məşqçisi Roberto Bordin komandadan ayrıla bilər.
Sportarena.az xəbər verir ki, Kirpin "Apollon" klubu italiyalı mütəxəssisə təklif göndərməyə hazırlaşır.Bu iddia ilə Kipr mətbuatı çıxış edib. Bildirilir ki, klub prezidenti Nikos Kirzisin Bordinlə danışıqlar aparacaq.
Qeyd edək ki, Bordinin “Neftçi” ilə 2020-ci ilin yayınadək sözləşməsi var.