UEFA "Qəbələ"ni mükafatlandırdı

01:21 4 Sentyabr 2019

UEFA "Qəbələ"ni mükafatlandırıb.

 

Sportarena.az xəbər verir ki, əyalət təmsilçisini UEFA Gənclər Liqasının Təşkilat Komitəsi xüsusi - sosial layihənin yüksək səviyyədə yerinə yetirilməsinə görə təyin olunmuş diplomla mükafatlandırıb.

 

"Qəbələ" UEFA Gənclər Liqasının I mərhələsində Kipr APOEL-i ilə qarşılaşacaq. İlk oyun Qəbələ şəhər stadionunda oktyabr ayının 2-də keçiriləcək. Cavab matçı isə oktyabrın 23-ü Kiprdə baş tutacaq.

 

"Qırmızı-qaralar" bu mərhələni adlayacağı təqdirdə, II raundda "Saraqosa" (İspaniya) - "Korona" (Polşa) cütlüyünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti