“Zirə” ilə oyun (1:1) “Sabah”ın yarımmüdafiəçisi Amadu Diallo üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, oyunda hesabı açan qvineyalı futbolçu paytaxt təmsilçisinin heyətində ilk qoluna imza atıb. 25 yaşlı futbolçu komandadakı ilk qolu və “Zirə” ilə matçla bağlı təəssüratlarını klub saytına bölüşüb:
“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.