"Qarabağ"ın Avropa Liqasının qrupunda oynaması seçimimdə rol oynadı" - Asmir Beqoviç

12:00 4 Sentyabr 2019

"Qarabağ” ciddi ənənələrə malik ciddi klubdu. Daim daxili arenada mükafatlar üçün mübarizə aparır. Bu klubun Avropa Liqasının qrupunda oynaması da seçimimdə rol oynadı. Yanvara qədər bu klubda xeyli sayda oyun keçirəcəyimi düşünürəm ki, bu da mənim xeyrimə olacaq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın yeni transferi Asmir Beqoviç deyib.

 

Bosniya və Herseqovina millisinin qapıçısı İngiltərənin "Bornmut” klubunda ehtiyatda qalmamaq üçün komandasını dəyişdiyini qeyd edib: "Daim oynamaq, ən yüksək səviyyədə çıxış etmək istəyirəm. Bu baxımdan "Qarabağ” yaxşı variantdı".

 

Beqoviç "Qarabağ”da Avropa Liqasındakı rəqiblərindən də danışıb: "Çətin qrupa düşmüşük. "Sevilya”dan danışmağa dəyməz. Pley-offda "Ayaks”a xeyli çətinlik yaşadan APOEL və asan rəqib olmayan "Düdelanj” da bizimlə eyni qrupdadı. Amma düşünürəm ki, "Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər".


Digər xəbərlər

Xəbər xətti