Şkrtel Türkiyəyə qayıtdı

12:22 4 Sentyabr 2019

21 gün əvvəl İtaliyanın “Atalanta” klubu ilə müqavilə imzalayan, lakin komandadan ayrılan slovakiyalı müdafiəçi Martin Şkrtel Türkiyəyə qayıdıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı futbolçu "Başakşəhər"ə transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.“Atalanta” təcrübəli futbolçunun fiziki cəhətlərindən razı qalmadığı üçün müqaviləsini ləğv etmişdi.

 

Şkrtel “Trençin”, “Zenit”, “Liverpul” və “Fənərbaxça” klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti