AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik beynəlxalq oyuna təyinat alıb.
Sportarena.az xəbər verir ki, avstriyalı UEFA Avropa Liqası turnirinin qrup mərhələsində iş başında olacaq.AFFA rəsmisi C qrupunun "Trabzonspor” – "Bazel” oyununun hakim-inspektoru təyin edilib. Oktyabrın 3-də keçiriləcək görüş Trabzon şəhərindəki Hüseyn Avni Aker stadionunda baş tutacaq.