Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını qəbul edəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:
- Çətin dövrdən sonra yenidən formadasınız?
- Mən də elə düşünürəm. Tamamilə forma yığmışam. Bir müddətdir ki, toplanış keçirik. Sabah oynamaq üçün səbirsizliklə gözləyirəm.
- Millinin seçmə mərhələdəki iki məğlubiyyətinə sizin yaxşı formada olmamağınızın da təsir etdiyini deyənlər var.
- Təzyiqlərin mənə təsir etdiyini düşünmürəm. Bəlkə də beş-altı həftə oynamadan meydana çıxmaq fiziki cəhətdən cəhətdən çətinlik yaradır. Yenidən yola çıxmaq üçün sabah qalib gəlməyimiz lazımdır. Bunu edcəyimizə inanırıq.
- "Real"da qollar vurdun. Bu, sizin üçün yaxşıdır?
- Qollar vurmağa geri dönmək gözəldir, müəyyən müddət çətin oldu. Yaxşı formadayam və oyuna girməyə can atıram. İndi əsas məsələ sabah Azərbaycanla oyuna hazır çıxmaqdır. Lazım olanı etməli və qalib gəlməliyik.
- Tənqidlərə necə bacardınız?
- Fikir vermirəm, çünki nə haqda danışdıqlarını bilmirlər. Heç bir şey oxumuram. Çox insan durumu bilmir.
- Yəqin ki, bu oyunda Uelsin səhv etməyə ixtiyarı yoxdur.
- İki məğlubiyyətdən sonra yaranan təzyiqi bilirik. Hər oyuna qazanmaq üçün çıxırıq. Vəziyyətdən agahıq. Əlimizdən gələni edəcəyik.
- Yığmada çoxlu gənclər var. Onlara məsləhət verdiniz?
- Əslində, kiməsə məsləhət vermirəm. Hər kəs özünə görə yaşayır. Çox çalışmaq məcburiyyətində olduqlarını bilirlər. Əgər soruşsalar, onlara kömək etmək, məsləhət vermək üçün hazıram.
- Sabahkı oyunla bağlı düşüncəniz necədir?
- Xüsusi açıqlamaya ehtiyac yoxdur. Ehtiyac olanı etmək üçün özümüzə güvənirik. Əlbəttə, iki oyundakı məğlubiyyət bizi üzür.
- Bu yay sizin üçün çətin keçdi. Hətta Zinəddin Zidan "Real"dan gedəcəyinizi açıqlamışdı.
- Mən belə deməzdim. Möhtəşəm tətil günlərim oldu. Haqqımda yaxşı və pis danışanlar oldu. Komandada çox çalışırdım. Baş verənlər klubda qalacaq, ancaq cavab almaq istəyirsinizsə, "Real"dan soruşun.
- Sizin üçün son altı ayı ən çətin dövr adlandırmaq olar?
- Yaxşı olmasa da, ən pisi də deyil. Harri Rednappın rəhbərliyi altında "Tottenhem"də bir il oynamadığımı xatırlayıram. Belə şeylərin necə öhdəsindən gələcəyiim bilirdim: başını aşağı sal və məşqini et! İndi bu mövsümə yaxşı başlamışam.
- Fiziki cəhətdən necə hiss edirsiniz?
- Yaxşıyam, hazırda əvvəlkindən də güclü hiss edirəm. Yaşlandıqca keçmişdəki səhvlərdən dərs çıxarırsınız. Çox yaxşı olduğumu hiss edirəm. Bu tempi saxlaya və belə davam etməyə hazıram.