Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan üçtəkanla tullanma yarışında Azərbaycan atleti Nazim Babayev gümüş medal qazanıb.
Sportarena.az xəbər verir ki, idmançı “World Challange” seriyalı turnirdə 16,68 metr məsafəyə tullanaraq yalnız ABŞ idmançısı Kris Benarddan geri qalaraq 2-ci yeri tutub.Gümüş mükafata yiyələnən atlet çempiondan 29 santimetr aşağı nəticəyə imza atıb.