Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Keşlə” yoldaşlıq matçı keçirəcək.
Sportarena.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi sentyabrın 7-də saat 16:30-da I Divizion təmsilçisi “Qaradağ Lökbatan” klubu ilə qarşılaşacaq.
Oyun Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutacaq.