AÇ-2020-nin seçmə mərhələsində Andorra və Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.
Sportarena.az xəbər verir ki, "ay-ulduzlular"ın heyətində Cengiz Ünder sıradan çıxıb. "Roma" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə yığması sentyabrın 7-də "Vodafone Park"da Andorranı qəbul edəcək, üç gün sonra Moldovanın qonağı olacaq.