Azərbaycan - Xorvatiya oyunu isveçrəli referiyə tapşırıldı

14:54 6 Sentyabr 2019

Azərbaycan - Xorvatiya oyununun hakimləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununa təyinatlar açıqlanıb.Oyunun baş hakimi Sandro Şerer, onun köməkçiləri Stefane De Almeyda, Sladan Yosipoviç, dördüncü hakim isə Fedayi San olacaq.Hakimlər briqadası İsveçrədəndir.

 

Qeyd edək ki, oyun sentyabrın 9-u saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti