21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiyanı qəbul edib.Qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasına qələbə qazandıran qollara Barış Ekincier imza atıb. Bununla da yığmamız tsikildə ilk qələbəsini qazanıb.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
Azərbaycan - Slovakiya 2:1
Qol: B.Ekincier, 7; 90+3 - L.Tupta, 82.
Hakimlər: Deyan Yakimovski, Nikola Karakolev, Kuştrim Lika, İqor Stoyçevski (hamısı Şimali Makedoniya).
Bakı. “Dalğa Arena” stadionu.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyin Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier./
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.
Slovakiya: 1. Martin Vantruba, 4. Kristian Vallo, 6. Martin Şulek, 7. Mihal Tomiş, 8. Martin Bednar, 10. Kristian Herk (k), 11. Lubomir Tupta, 13. Matey Oravets, 15. David Streles, 19. Peter Kolesar, 21. Branislav Sluka.
Ehtiyat oyunçular: 23. Frederik Valats, 2. Adam Kopas, 3. Dominik Şpiriak, 9. Martin Adamets, 14. Yan Bernat, 17. Martin Koval, 18. İvan Mesik, 20. Yakub Svets, 22. Ladislav Almasi.
Baş məşqçi: Adrian Qula.