“Çox istəkli idik” - Milan Obradoviçdən qələbə şərhi

00:55 7 Sentyabr 2019

“Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim”.

 

Sportarena.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç deyib.Serbiyalı mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin Slovakiya ilə oyunu barədə fikirlərini açıqlayıb. O, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında 2:1 hesablı qələbəyə şərh verib: “Uşaqlar da özlərinə inanırdılar. Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim. Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik. Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi. Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm”. 

 

M.Obradoviç sentyabrın 10-da Gürcüstanla Bakıda keçiriləcək görüş haqda da danışıb: “Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqda tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.


Digər xəbərlər

Xəbər xətti