Millimizin oyunu üçün Bakıya gələcək hakimin halı pisləşdi

09:51 9 Sentyabr 2019

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, Sladan Yosipovicin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Alain Hayniqer yerinə yetirəcək.

 

Qeyd edək ki, görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.Baş hakim funksiyasını Zandro Şerer icra edəcək.


Digər xəbərlər

Xəbər xətti