"Doğum günüm oldu-olmadı Bakıda 3 xal qazanmalıyıq" - Luka Modriç

12:58 9 Sentyabr 2019

Xorvatiya yığmasının kapitanı Luka Modriç bu gün AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb.

 

Sportarena.az xəbər verir ki, doğum gününü Bakıda – millimizlə matçda qeyd edəcək ulduz oyunçu qələbənin ona hədiyyə olacağını bildirib: 

 

“14 ildir ki, millidə çıxış edirəm. Yalnız 2 və ya 3 dəfə ad günümü millidən kənarda qeyd etmişəm. Doğum günüm oldu-olmadı Bakıda 3 xal qazanmalıyıq. Qalib gəlsək, ən böyük hədiyyə olacaq”. 

 

Jurnalistlərin “Davor Şuker, Dario Srna və başqa bir neçə sabiq xorvat ulduzlar karyerasını 34 yaşında bitirib. Siz buna hazırlaşırsız” sualına Modriç belə cavab verib: “Hələ ki, gücüm var. Bacardığım qədər davam edəcəm. DÇ-dən sonra da hər kəs getməli olduğumu düşünürdü”.

 

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti