“İstəyirəm ki, çox qol vuraq. Daha sürətli olub rəqiblər üzərində dominantlıq edək”.
Sportarena.az xəbər verir ki, bu sözləri yoldaşlıq görüşündə Belarus üzərində 1:0 hesablı qələbə qazanan Uels millisin baş məşqçisi Rayan Qiqqz deyib.
AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan britaniyalıların çalışdırıcısı komandasının oyunundan razı qaldığını bildirib. Qiqqz 6 sentyabrda Azərbaycana 2:1 qalib gəldikləri matçdan sonra əsəbiləşdiyini dilə gətirib: “Azərbaycanla oyundan sonra çox əsəbiləşmişdim. Çünki elə bir qrupdayıq ki, hər kəs final mərhələsinə edə bilər. Qarşıda Slovakiya və Xorvatiya ilə çətin oyunlarımız var”.