21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun saat 20:30-da start götürüb.İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərindəki qələbənin (2:1) ardını gətirməyə çalışıb. Gürcüstan isə Bakıya qrup lideri kimi gəlib.
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
10 sentyabr
20:30 Azərbaycan - Gürcüstan 0-3
Baş hakim: Loren Kopriva (Lüksemburq)
Bakı. “Dalğa Arena” stadionu.
20:30. Lixtenşteyn - İsveçrə