Millimizin AVRO-2020-nin seçmə mərhələsində evdə Xorvatiya kimi güclü yığma ilə heç-heçə etməsi birmənalı qarşılanmayıb.
Sportarena.az xəbər verir ki, sosial şəbəkələrdə oyunun nəticəsini şübhə altına salan bəzi fikirlər səsləndirilir. Millimizin üzvlərindən Emin Mahmudov yayılan söz-söhbətlərə elə feysbuk vasitəsilə münasibət bildirib:
“3 ildir Azərbaycandayam və həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar. Özümüzü əsl alverçi millət kimi aparırıq. Amma kimdən soruşasan ki, sübut elə, mən də qəbul edim! Suala heç kim cavab vermir. Deyəcəklər ki, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil. Özümdən danışmıram. Dünən mən heç nə etməmişəm. Amma uşaqlar çox əziyyət çəkdilər”.
Xatırladaq ki, dünən evdə vitse-dünya çempionu Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən millimiz seçmə mərhələdə ilk xalını qazanıb.