Məşhur qadın futbolçudan Ronaldo haqqında ŞOK SÖZLƏR

16:02 12 Sentyabr 2019

Qadınlardan ibarət ABŞ millisinin üzvü Aleks Morqan amerikalı model Katrin Mayorqaya təcavüz etməkdə ittiham olunan Kriştiano Ronaldo ilə bağlı sərt fikirlər səsləndirib.

 

Sportarena.az xəbər verir ki, "Sports Illustrated" dərgisinə danışan qadın futbolçu kişi həmkarının bəzi şeyləri gizlətdiyini bildirib.

 

Aleks Morqan portuqaliyalı ulduz barəsində "Bu gün qadınların danışıqlarını dinləmək önəmlidi. Hamı bu olayda kimin haqlı olduğunu bilmək istəyir. Məncə, Ronaldonun gizlətdiyi bir çox sübut var. Nəticədə pul bəzi şeyləri gizlədə bilir. Onu hər kəs yaxşı insan kimi tanıyır, amma Ronaldo sadəcə mediaya qarşı belədi. Həqiqi üzünü heç kim tanımır" deyib. 

 

"Qadınları asanlıqla yaralana biləcəkləri mövqelərdə qorumaq çox önəmlidi. "Ronaldo dünyanın ən yaxşı futbolçusu deyil" demirəm. Bunun futbolla əlaqəsi yoxdu. İdman üçün etdikləri fərqli, şəxsiyyəti üçün etdikləri fərqlidi" deyə amerikalı futbolçu əlavə edib. 



Digər xəbərlər

Xəbər xətti