Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) eks-başçısı, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) keçmiş vitse-prezidenti Xuan Anhel Napout ömürlük futbol faəliyyətindən kənarlaşdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib.Sözügedən qərar FİFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.
Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.