“Reyncers” “Qəbələ”nin Avroliqadakı rekordunu təkrarladı

11:50 13 Sentyabr 2019

UEFA Avropa Liqasının qrup mərhələsinin rekordlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycan da təmsil olunub.“Qəbələ” yarışa 1-ci təsnifat mərhələsindən başlayan və qrupa qədər irəliləyən klubların siyahısında mövqeyini qoruyub. 2015/16 və 2016/17 mövsümlərində bu uğura imza atan “qırmızı-qaralar”ın ardıcıl iki il 4 mərhələ adlamaq rekordu təkrarlanıb.

 

Cari mövsümdə ilk raunddan mübarizəyə start verənlərdən yalnız Şotlandiya “Reyncers”i qrupa düşüb. Qlazqo klubu ardıcıl 2-ci dəfə belə yol qət edən 3-cü komanda olub. “Qəbələ”, ardınca Təl-Əviv “Makkabi”sinin nail olduğu göstəriciyə şotlandiyalılar imza atıblar.Bu üç komanda kimi “Rusenborq” da iki dəfə dörd mərhələ keçməklə qrupa qədər irəliləyib. Lakin norveçlilər buna ardıcıl deyil, fərqli illərdə nail olub.

 

Ümumilikdə isə 12 klub Avropa Liqasında belə irəliləyişə imza atıb: “Fulhem” (2011/12), “Rusenborq” (2012/13, 2015/16), “Tvente” (2012/13), “Tromse” (2013/14), “Qəbələ” (2015/16, 2016/17), “Srvena Zvezda” (2017/18), “Makkabi” Təl-Əviv (2016/17, 2017/18), “Skenderbeu” (2017/18), “Apollon” (2018/19), “Kopenhagen” (2018/19), “Reyncers” (2018/19, 2019/20), “Sarpsborq” (2018/19).


Digər xəbərlər

Xəbər xətti