Millimizin yarımmüdafəçisi Eddi İsrafilov İspaniya mətbuatına müsahibə verib.
Sportarena.az xəbər verir ki, Sequnda təmsilçisi "Albasete"nin yeni üzvü İspaniya yığmasında oynamaq şansından danışıb.İspaniya pasportuna sahib Eddi bu ölkənin millisində çıxış etməyin mümkün olduğunu desə də, çətinliyini də vurğulayıb: “Mənim anam Azərbaycanda anadan olub. Məhz buna görə Azərbaycanı seçmişəm.
Millinin heyətində hardasa 15-ə yaxın xarici səfərlərə yollanmışam. Anqola yığmasında çıxış etmək imkanım da var idi, çünki atam oralıdır. Azərbaycanı seçmək səbəbim Avropada oynamaq istəyimdən irəli gəldir".