Rusiyanın Privoljsk federal dairəsinin boks üzrə çempionu Andrey Molokanov 28 yaşında dünyasını dəyişib.
Sportarena.az xəbər verir ki, onun məşq zamanı halı pisləşib – Molokanov huşunu itirib. Tibb işçiləri boksçunun həyatını xilas edə bilməyib.
“Andrey qəfl dizləri üstə düşdü. Bir neçə saniyədən sonra o, huşunu itirdi. Biz onu özünə gətirmək istəyirdik – naşatır spirti iylədirdik, ürək masajı edirdik və, əlbəttə, təcili yardım çağırdıq. Təəssüf ki, nə biz, nə də gələn həkimlər onu xilas edə bilmədi”, - məşqçi Sergey Mixaylov deyib.
İlkin məlumata görə, Molokanovun ölümünə səbəb ürək çatışmazlığı olub. Baş verən hadisə xüsusi komissiya tərəfindən araşdırılır.