Prosineçki “Qarabağ”ın qapıçısı ilə bağlı qərarını açıqladı

15:09 15 Sentyabr 2019

Bosniya və Hersoqoviya millisinin baş məşqçisi Robert Prosineçki növbəti dəfə "Qarabağ”ın yeni transferi Asmir Beqoviç barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis yerli mətbuata verdiyi müsahibədə qolkiperin milli komandaya qayıdışının mümkün olduğunu bildirib: 

 

"Beqoviç son dörd ayda heç yerdə oynamayıb. İndi "Qarabağ”a keçib. Əgər o, daim oynayıb hazır olsa, milliyə çağırılacaq”.

 

Qeyd edək ki, Beqoviç 2009-cü ildə debüt etdiyi Bosniya və Herseqovina milli komandasında 62 oyun keçirib. 32 yaşlı qapıçı "Qarabağ”la 4 aylıq icarə müqaviləsi bağlayıb. Hazırda Bosniya və Herseqovina millisinin əsas qapıçısı "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçdi.


Digər xəbərlər

Xəbər xətti