“Qarabağ” – “Sevilya” matçına 20 min bilet satılıb

13:07 16 Sentyabr 2019

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Sevilya” matçına maraq böyükdür.

 

Sportarena.az xəbər verir ki, artıq qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 20 mini satılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.
 
 

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

 

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.


Xəbər xətti