UEFA-dan "Qarabağ"a 4 milyona yaxın vəsait

15:39 16 Sentyabr 2019

“Qarabağ”ın 2019-2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar qitə futbol qurumu tərəfindən ayrılmış 2 milyon 750 min avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bu məbləğ AL-in qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.Bundan əlavə, “Qarabağ”ın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.


Digər xəbərlər

Xəbər xətti